Türkiyədən Rusiyaya ittiham

Türkiyədən Rusiyaya ittiham
  13 May 2015    Oxunub:2422
Ukrayna Rusiya və Avropa İttifaqı arasında seçim etməməlidir.
AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Berlin divarının süqutuna baxmayaraq, “divar” anlayışı hələ də təfəkkürlərdə qalıb. Nə Rusiya, nə də Avropa İttifaqının Ukraynanı onlar arasında seçim etməyə məcbur etməyi lazım deyil. Rusiyanın qonşularına qarşı münasibətinə heç nə bəraət qazandıra bilməz”, - deyə Çavuşoğlu vurğulayıb.

Türkiyənin XİN rəhbəri Ukrayna və Krımda baş verənləri 2008-ci ildə Gürcüstandakı müharibə ilə eyniləşdirib.

Eyni zamanda Çavuşoğlu vurğulayıb ki, Rusiya və Ukrayna arasında münaqişə yalnız siyasi dialoq yolu ilə həll edilə bilər.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti