“İran terrorizmin sponsorudur” – Obama

“İran terrorizmin sponsorudur” – Obama
  13 May 2015    Oxunub:1890
ABŞ-ın Yaxın Şərqdə strateji maraqları var, İran isə qonşu ölkələrdə vəziyyəti gərginləşdirməklə məşğuldur.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Barak Obama “Əş-Şark-Əl-Ausat” qəzetinə müsahibəsində bəyan edib.

Obamanın sözlərinə görə, Vaşinqtonun maraqları sırasına amerikalıları təhdid edən terror şəbəkələrinin məhv edilməsi, o cümlədən regionda kütləvi qırğın silahlarının yayılmasına imkan verməmək də daxildir: “ABŞ öz maraqlarını qorumaq üçün öz gücünün istənilən elementindən istifadə etməyə hazırdır”.

Qəzetin Suriya və Yəməndə vəziyyətin gərginləşdirilməsində İranın rolu barədə sualı Obama belə cavablandırıb: “İranın regionun müxtəlif ölkələrinə qarşı gərgin və vəziyyəti gərginləşdirən addımlar atır. İran terrorizmin sponsorudur... Ona görə də region ölkələrin İranın atdığı addımlara görə narahat olmaqda haqlıdırlar”.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti