“Sanksiyalar Ukraynada sülh üçün lazımdır” – Kerri

“Sanksiyalar Ukraynada sülh üçün lazımdır” – Kerri
  13 May 2015    Oxunub:1461
ABŞ dövlət katibi Con Kerri bəyan edib ki, Rusiyaya qarşı sanksiyaların saxlanılması ABŞ-ın hədəfi deyil.
Bu barədə AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir.

Kerrinin sözlərinə görə, sanksiyalar Ukraynada sülhün təmin olunmasında əhəmiyyətli rol oynayır.

“Biz Ukraynaya qarşı sanksiyaların olmasını istəmirik. Lakin onlar Ukraynada sülh və atəşkəsin təmin olunması üçün lazımdır”, - deyə Kerri vurğulayıb.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti