Qərb mediasında Azərbaycana qara yaxanlara təpki
AzVision.az həmin məqaləni təqdim edir:
Azərbaycan bir ölkə kimi bu yaxınlarda yaranıb. O, bizim Cənubi Qafqazda tərəfdaşımızdır. Bu regionda yerləşən ölkələrdən - Ermənistan Rusiyanın fortpostudur, Gürcüstan isə ümumi laqeyd atmosferində Abxaziya və Cənubi Osetiyanın işğalı ilə üzləşib. Yeri gəlmişkən, Krım və ya Donbasla bu cür olmadı...
Lakin Azərbaycan hələ nasizmlə mübarizə dövründən bizim tərəfdaşımız olub. İkinci dünya müharibəsində Qələbənin qeyd olunduğu bu günlərdə tərəfdaşlarla çiyin-çiyinə vuruşan Azərbaycan kontingentini xatırlamamaq olmaz. Yeri gəlmişkən Fransanın Averon departamentində azərbaycanlı döyüşçülərin şərəfinə ucaldılan abidə var.
Bundan əlavə, 20 il əvvəl Azərbaycan öz torpaqlarının 20%-ni itirib: Qonşu Ermənistan Dağlıq Qarabağ, həmçinin Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonlarını işğal edib. Bu yeddi rayonun işğalı beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və ötən həftə Fransa bir daha Azərbaycanın ərazi bütövlüyünə dəstək olduğunu nümayiş etdirib.
Azərbaycan həm də Qafqazda təhlükəsizlik və terrorizmlə mübarizə də strateji tərəfdaşımızdır.
Bununla belə, bizim müttəfiqimizə qarşı ikili standart yanaşmaları sərgilənir, pis münasibət göstərilir. Heç kəs ölkədə siyasi yetkinliyin əlaməti olan dini azadlığa önəm vermir. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzvü olması, lakin İsraillə diplomatik və iqtisadi əlaqələrə malik olmasına önəm verilmir. Ermənistanla açıq hərbi münaqişə zəminində onun Avropa Şurasının demokratik kriteriyalarına riayət etməsinə önəm verilmir. Bütün bunları xatırlayan belə yoxdur.
Bu balaca ölkənin onu qoruya biləcək xarici diasporası və ya məşhur müğənnisi yoxdur. Ölkənin birinci xanımı mədəni və humanitar layihələri həyata keçirən Heydər Əliyev Fonduna rəhbərlik edir. Fondun həyata keçirdiyi layihələr sırasına bütün dünyada muzeylərin dəstəklənməsi, Pakistan və digər kasıb ölkələrdə məktəb və xəstəxanaların açılması və s daxildir. Lakin dünya bütün bu işləri görmək istəmir. Məni bu cür addımları təhrif etmək və dəyərdən salmaq cəhdləri qıcıqlandırır...
Bizim paxıl cəmiyyətimiz başqalarının addımlarını yalnız adət etdiyi prizma vasitəsilə qəbul edir. Əgər bu pulsuz edilirsə, deməli onun cavabında nəsə gözləmək lazımdır...
Bəs əgər məsələ tamamilə fərlidirsə? Bu mənə “Katrina” qasırğasından sonra 100 milyon dollar dəyərində kömək əldə edən ABŞ rəhbərliyinin müəmmalı səssizliyini xatırlatdı. Bu haqda mətbuatda heç bir söz yazılmadı. Belə hal isə yalnız nifrətə səbəb olur...
Təbii ki, Azərbaycan demokratiya istiqamətində müəyyən yol qət etməlidir. Məgər bu regionda yalnız Azərbaycana şamil edilməlidir? Bu qədər nifrət haradan gəlir?
Əgər Azərbaycanın dostları varsa, onda o onları mütləq alıb... Mən özümü bu ölkənin dostu hesab edirəm. Mən onun xalqını tanıyıram. Mən Ermənistanın işğalı nəticəsində öz torpaqlarını tərk edən milyona yaxın qaçqının öz doğma yurduna qayıtmasına nail olmaq niyyətindəyəm. Bakının parıltısından uzaqda yaşayan yüz minlərlə sadə və ləyaqətli insan prezidentin ölkənin ərazi bütövlüyünün qorunması uğrunda apardığı fəaliyyəti dəstəkləyir.
Bizim bu ölkə və xalqla qədim və möhkəm əlaqələrimiz var. İstərdim ki, bizim qeyri-obyektiv jurnalistlərimiz bütün bunları görsün, anlasın. Onlar bu inkişaf edən müttəfiq dövlətin yeganə məqsədinin dünyada daha rahat yaşaması olduğunu bilməlidir. Çünki, Azərbaycan bərpa olunacaq sərhədləri çərçivəsində regionun inkişafı və sabitliyinə öz töhfəsini vermək istəyir.
Eldar Tanrıverdiyev
Azvision.az