Şeyx iranlı məmurla görüşüb

Şeyx iranlı məmurla görüşüb
  13 May 2015    Oxunub:1681
Mayın 13-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İranın Radio və Televiziya Təşkilatının sədr müavini Mühəmməd Əhkarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
QMİ-dən AzVision.az-a verilən məlumata görə, Allahşükür Paşazadə Azərbaycanda dini-mənəvi həyatın dirçəldilməsi istiqamətində görülən işlər, dövlətin dini irsə qayğısı barədə danışıb.

Qurum sədri xalqlarımız və dövlətlərimiz arasında mehriban dostluq və qardaşlıq münasibətlərinin inkişaf etdirilməsində KİV-in böyük rolu olduğunu xüsusi vurğulayıb. O, AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycanın yerləşdiyi coğrafi məkana uyğun namaz vaxtları, dini bayramları əks etdirən təqvimin hazırlanması üzərində gedən iş və iranlı alimlərlə bu sahədə aparılan məsləhətləşmələr barədə də qonağı məlumatlandırıb.

Mühəmməd Əhkari öz növbəsində, rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən layihələr, dini maarifləndirmə sahəsində görülən işlər barədə məlumat verib.

Görüşdə İranın Azərbaycandakı səfiri Mövsüm Pak Ayin, QMİ sədrinin birinci müavini Salman Musayev və sədrin müavini Fuad Nurullah da iştirak ediblər.

Azvision.az


Teqlər:  





Xəbər lenti