`Azərbaycan əsl futbol ölkəsi olacaq` – Prosineçki

O, Azərbaycan futbolunun potensialı olduğunu vurğulayıb: "Azərbaycanda futbolun yaxşı gələcəyi ola biləcəyinə inanıram. Bu ölkədə bacarıqlı, gənc futbolçular var. Azərbaycanda futbolun inkişafı üçün ciddi işlər görür".
Təcrübəli mütəxəssis bildirib ki, Azərbaycanın əsl futbol ölkəsi olacağına inanır: "Azərbaycan əsl futbol ölkəsi olmaq istəyir. Onlar yavaş-yavaş buna nail olacaqlar".