Erməni deputat: “Bizi sındırıblar...”

Erməni deputat: “Bizi sındırıblar...”
  14 May 2015    Oxunub:3215
“Ermənistanda elektrik enerjisinin bahalaşması onsuz da bərbad gündə olan insanların vəziyyətini daha da pisləşdirəcək”.

AzVision.az xəbər verir ki, bunu erməni deputat Vardan Bostançıyan jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, elektrik enerjisinin bahalaşmasının nəticələri əhali üçün ağır olacaq: “Ermənistanda kasıbların sayı artaraq gedir. Əhalinin əhəmiyyətli hissəsi dolana bilmir, gündəlik problemlərinin həll etmək gücündə belə deyil. Enerjinin bahalaşması respublikada qarşısı alınmaz vəziyyətə gətirib çıxaracaq. Gündən-günə böyüyən, ölkədən qaçıb getməyə, canını qurtarmağa çalışanların miqrasiyasına imkan yaradacaq”.

Onun sözlərinə görə, ermənilər mənəvi və maddi cəhətdən çöküb: “Bizi sınıdırblar. Başqa çıxış yolumuz belə yoxdur. Çünki ölkə qarşısında energetika təhlükəsizliyinin təminatı problemi durur. İndiki hakimiyyətin isə bununun qarşısını almağa gücü yoxdur”.

Xatırladaq ki, "Ermənistan Elektrik Şəbəkəsi" qiymətlərin 48 dramdan 58 dramadək qaldırılmasını təklif edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti