İspaniya `erməni soyqırımı`nı rədd etdi

İspaniya `erməni soyqırımı`nı rədd etdi
  14 May 2015    Oxunub:2101
İspaniya Senatı qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsini qəbul etməyib.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir ki, mayın 13-də ölkə senatında layihə ilə bağlı keçirilən səsvermədə 212 senat iştirak edib. Onlardan 130 nəfəri layihənin əleyhinə, 14 isə nəfəri lehinə səs verib, 68 nəfəri bitərəf qalıb.

Layihənin əleyhinə səs verən Senator Jose Maria Çiquillo çıxışında deyib ki, “Soyqırım” sözü ciddi ifadədir: “İspaniyanın bu məsələdə edə biləcəyi Türkiyə ilə Ermənistan arasında qarşılıqlı dialoqa dəstək verməkdir”.

Qeyd edək ki, layihəni Senata Kataloniyada fəaliyyət göstərən “Entesa” qrupu təqdim edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti