Azərbaycanda orqan alveri -7 yəhudi axtarılır

Azərbaycanda orqan alveri -7 yəhudi axtarılır
  14 May 2015    Oxunub:3930
7 nəfər İsrail vətəndaşı barəsində qanunsuz transplantasiya əməliyyatlarının aparılması və insan orqanlarının ticarəti ilə bağlı cinayət işi açılıb.
Bu barədə İsrail Ədliyyə Nazirliyi məlumat yayıb. Şübhəli şəxslər Azərbaycan, Şri-Lanka, Türkiyə və Kosovoda israilli pasiyentlər üçün yerli donorların cəlb olunması yolu ilə qanunsuz əməliyyatların təşkilində və icrasında ittiham olunurlar.

Təqsirləndirilən şəxslər arasında 2003-cü ilə qədər Tel-Əviv yaxınlığındakı Beylinson xəstəxanasına rəhbərlik edən Zaki Şapiro da var. İttihamın rəyinə görə, o, öz nüfuzu sayəsində bu prosesi qura bilib.

Şübhəlilərdən biri də, həmçinin 2013-cü ildə Priştin xəstəxanasında qanunsuz transplantasiya əməliyyatları ilə bağlı məhkəmə prosesində adı hallanan Moşe Hareldir.(Report)


Teqlər:  





Xəbər lenti