Gürcüstanda azərbaycanlı narkobaron tutuldu – VİDEO

Gürcüstanda azərbaycanlı narkobaron tutuldu – VİDEO
  14 May 2015    Oxunub:2119
Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Rustavi şəhərində 1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Şota M. saxlayıblar. Həmyerlimiz tərkibində 440 qramdan çox heroin olan narkotik vasitələrin satışında ittiham olunur.
Bu barədə AzVision.az Gürcüstan KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, DİN əməkdaşları Azərbaycan vətəndaşından dəlil kimi idman çantası müsadirə edib. İdman çantasının içərisində narkotiklərin satışından əldə olunan 85 min ABŞ dollar olub.

“Bundan başqa, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən 681,29 qram narkotik vasitə müsadirə olunub. Kimyəvi ekspertizanın nəticələrinə əsasən, onun tərkibində 441,636 qram heroin olub” – deyə, Gürcüstan DİN-nin yaydığı məlumatda bildirilir.

Fatkla bağlı Gürcüstanın Cinayət Məcəlləsinin 260-cı maddəsi (xüsusi böyük çəkidə narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və satışı) ilə cinayət işi açılıb.



Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti