Onlar əmək haqlarının ödənilməsi tələbiylə ikigünlük oturaq aksiyaya başlayıblar.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.
Etirazçılar növbəlilik prinsipi ilə gecəni də Hökumət Evinin qarşısında keçirəcəklərini açıqlayıblar.
"Nairit" kimya zavodunun keçmiş işçisi Tiqran Tadevosyan deyib ki, ikigünlük aksiyadan sonra da tələbləri yerinə yetirilməsə, oturaq aksiyalar davam edəcək.
Xatırladaq ki, zavodun rəhbərliyi bir ildən çoxdur, işçilərin maaşını ödəmir. İşçilər bundan əvvəl üç dəfə Prezident Administrasiyasının qarşısında etiraz aksiyaları keçirsələr də, tələblərinə nail ola bilməyiblər.
Eldar Tanrıverdiyev
Azvision.az