UNESCO-da Azərbaycana aid sərgi- Fotolar

UNESCO-da Azərbaycana aid sərgi- Fotolar
  15 May 2015    Oxunub:1970
Hər il qeyd olunan Avropa muzeylər gecəsi çərçivəsində Heydər Əliyev Fondunun və Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə qurumun mənzil-iqamətgahında “Azərbaycan: Ənənədən müasirliyə” adlı sərginin açılışı olub.
Fonddan verilən məlumata görə, iştirakçılar bir həftə əvvəl Azərbaycanın ən qədim atüstü oyunu - Çövkənın təqdimatı ilə əlaqədar təşkil edilən sərgi ilə də tanış olublar.

Konsertdən əvvəl çıxış edən UNESCO-nun idarə rəisi Genc Seiti caz sənətinin həm də müxtəliflik, sülh, qarşılıqlı anlaşma olduğunu bildirib.

Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəsi Anar Kərimov Azərbaycanın caz tarixi haqda, xüsusilə də ölkəmizdə inkişaf etmiş muğamla cazın sintezi haqda tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbir zamanı iştirakçılara dahi Azərbaycan şairi Nizami Gəncəvinin Heydər Əliyev Fondu tərəfindən ingilis və fransız dillərində çap olunan nəşrləri, eləcə də musiqi diskləri təqdim olunub.

Sərgi mayın 20-dək davam edəcək. Mayın 16-da isə sərgidə saat 00.00-dək “açıq qapı” elan olunacaq.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti