Siqaret kötüyü Permyakovu ələ verdi

Siqaret kötüyü Permyakovu ələ verdi
  15 May 2015    Oxunub:2042
Gümrüdə Avetisyan ailəsinin qətli ilə bağlı məhkəmə-tibbi və genetik ekspertizanın nəticələri açıqlanıb.
Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, atəşin bir şəxs tərəfindən açıldığı müəyyən edilib.

Avetisyan ailəsinin maraqlarını müdafiə edən şəxs Yerem Sarkisyan isə əlavə edib ki, evdə olan qaz sobasında Valeri Permyakovun çəkdiyi siqaretin kötüyü aşkar edilib. Cinayətin izləri olan evdəki bütün əşyalarda Permyakovun DNT-si aşkar edilib.

Bu il yanvarın 12-də Gümrüdə Avetisyan ailəsinin 7 üzvü öldürülüb. Hadisəni törətməkdə Rusiya hərbçisi Valeri Permyakov təqsirli bilinir. Artıq şübhələr öz təsdiqini tapdı.

Rus hərbçisinin erməni ailəsini qətlə yetirməsi İrəvan daxıl olmaqla Ermənistanın bir çox vilayətlərində etirazlara səbəb olmuşdu.

Prezident iqamətgahı qarşısında aksiya keçirən Ermənistan vətəndaşları, Gümrüdə yerləşən 102-ci hərbi bazanın ləğvini tələb edir. Rusiya bayrağını ayaqlar altına ataraq, yandırırdılar.


Teqlər:





Xəbər lenti