ABŞ-da qanlı olay: Məktəb avtobusu gülləbaran edildi

ABŞ-da qanlı olay: Məktəb avtobusu gülləbaran edildi
  15 May 2015    Oxunub:2599
Amerikanın Florida ştatının Ceksonvil şəhərində uşaqlarla dolu məktəb avtobusu gülləbaran edilib.
AzVision.az xəbər verir ki, hadisə zamanı 14 və 15 yaşlı qızlar yüngül xəsarət alıb. Onların həyati təhlükəsi olmadığı bildirilir.

Artıq polis Ceksonvill şəhərində məktəb avtobusunu atəşə tutmuş iki yeniyetmə barəsində axtarış elan edib. Şahidlərin ifadələrinə əsasən, avtobusa yaxınlaşan iki qaradərili yeniyetmə üzərilərində olan tapançaları çıxararaq atəş açıb, sonra isə hadisə yerindən uzaqlaşıblar.

Polis baş vermiş rayonu nəzarətə alıb, yeniyetmələr barəsində axtarış elan edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti