Elmlər Akademiyasında dəyişiklik

Elmlər Akademiyasında dəyişiklik
  29 May 2013    Oxunub:1237
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin bu gün iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda AMEA Rəyasət Heyətinin mərkəzi aparatında dəyişiklər aparılması ilə bağlı qərarlar qəbul edilib.

Qərara görə, AMEA Rəyasət Heyəti mərkəzi aparatının elmi-təşkilat şöbəsi, Elmi informasiya şöbəsi, xarici əlaqələr şöbəsi, katiblik, doktorantura və kadrlar şöbəsi ləğv edilib.

Yeni qərara əsasən, Rəyasət Heyətinin mərkəzi aparatında Elmi-təşkilat və Analitika İdarəsi (tərkibində Elmi təşkilat şöbəsi və Analitika şöbəsi), Beynəlxalq Əlaqələr İdarəsi (tərkibində xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsi və Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsi), Təhsil və kadrlar, Hüquqi təminat, İnnovasiya, İctimaiyyətlə əlaqələr və Ümumi şöbələr yaradılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti