Valideynləri erməni idmançıları Bakıya buraxmadı
“Bakıya Ohanes Davtyan (60 kq), David Nikoqasyan (73 kq) və Janna Stankeviç (52 kq) gedəcək. Bakıdakı oyunlarda iştirakdan Arsen Kazaryan və Andranik Çaparyan imtina edib. Cüdoçuların şəxsi məşqçiləri və valideynləri onların yarışda iştirakına qarşı olublar. Mən və federasiyanın vitse-prezidenti David Xitaryan idmançılarımızla birgə Bakıya gedəcəyik”, - deyə Balayan bildirib.
Biz və idmançılarımız üçün Bakıdakı Avropa Oyunları Avropa çempionatı kimi adı bir yarışdır. Bəli, müəyyən gərginlik var. Lakin biz buna diqqət yetirməməyə çalışacağıq.
“Əgər Avropa Oyunları və Avropa Çempionatı keçirilmə müddəti üst-üstə düşməsəydi, onda biz Avropa birinciliyində daha geniş heyətlə qatılardıq. Mən hələ də Bakıdakı Oyunlarda Ermənistanın iştirak edəcəyinə əmin deyil”, - deyə Balayan vurğulayıb.
Eldar Tanrıverdiyev
Azvision.az