İŞİD bu dəfə polisləri öldürdü

İŞİD bu dəfə polisləri öldürdü
  15 May 2015    Oxunub:2015
İraqda törədilən terror aktı zamanı 10 polis həlak olub.
Bu barədə AzVision.az “Asoşeyted Press”ə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, hadisə nəticəsində daha 7 nəfər yaralanıb. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.
Ənbar vilayətinin şəhər şurasının üzvü Atala əl – Fahdavanın sözlərinə görə, hökumət binalarının böyük əksəriyyətinin yerləşdiyi Ramadi də İraq və Şam İslam Dövləti (İŞİD) təşkilatının yaraqlıları və hökumət qüvvələri arasında qızğın döyüşlər gedir.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti