Yəməndə qanlı döyüşlər: 1600 ölü, 2223 yaralı

Yəməndə qanlı döyüşlər: 1600 ölü, 2223 yaralı
  15 May 2015    Oxunub:2034
Martın 26-dan mayın 14-dək Yəməndə husilərə qarşı başlanan əməliyyatda 643 nəfər ölüb, 2223 nəfər xəsarət alıb.
AzVision.az TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasında bildirilir.

BMT vurğulayır ki, ölən və yaralılar barədə məlumatların sayı reallığa əks etdirməyə bilər. Çünki yaralı şəxslərin heç də hamısına tibbi yardım göstərilmir, ölən şəxslər isə ailələri tərəfindən dərhal dəfn olunur.

Xatırladaq ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyata başlayıb.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti