“Ölkəmiz belə bir foruma ev sahibliyi etməkdən məmnundur”

“Ölkəmiz belə bir foruma ev sahibliyi etməkdən məmnundur”
  29 May 2013    Oxunub:1053
Bu gündən iyunun 1-nə qədər Bakıda Prezident İlham Əliyevin himayəsi ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.
Forum çərçivəsində baş tutan mətbuat konfransında Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, İSESKO-nun baş katibi Əbdüləziz Osman Əl-Türeycri və YUNESKO-nun sektor müdiri Katerina Stenu iştirak ediblər.

Konfransı giriş sözü ilə açan nazir Əbülfəs Qarayev bütün qonaqları salamlayıb və ölkəmizin belə bir foruma ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib. Daha sonra nazir forum çərçivəsində qonaqların baş çəkəcəyi məkanların adlarını açıqlayıb, qonaqların Qəbələdə də olacağını bildirib.

Azərbaycan bu tədbiri təkbaşına həyata keçirmədiyini deyən Əbülfəs Qarayev beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatların dəstəyini yüksək qiymətləndirib və onlara minnətdarlığını bildirib.



Teqlər:





Xəbər lenti