Eyni vaxtda iki ayrı kişidən əkiz doğdu
Ekspert, mama-ginekoloq Bruk Rossi bildirib ki, iki atadan hamilə qalma hadisəsi qadının menstrual dövründə bir yox, bir neçə sutka fasilə ilə iki ovulyasiyanın baş verməsi nəticəsində ola bilər. Əgər bu vaxt qadın ayrılıqda iki ikişi ilə cinsi əlaqədə olsa, o zaman yumurta hüceyrələrinin hər biri hər iki kişiyə məxsus spermadan mayalana və uşaqlıqda qala bilər. Mayalanma vaxt baxımından qısa fasilə ilə baş verdiyindən hər iki hüceyrənin hamiləlik yaşı eyni olur. Nəticədə ayrı-ayrı atadan fərqli əkizlər doğulur.
Onun sözlərinə görə, spermatozoidlər uşaqlıq yolunda iki gün ərzində yaşaya bilər. Əgər qadın, məsələn, bir kişi ilə çərşənbə axşamı, digəri ilə çərşənbə günü cinsi əlaqədə olubsa, o zaman onların hər ikisindən eyni vaxtda hamilə qala bilər. Bu, tibbi ədəbiyyatda heteropaternal superfekundasiya adlanan çox nadir haldır”.
Qeyd edək ki, Amerika məhkəmələrində 1970-ci ildən bəri oxşar halla bağlı cəmi iki işə baxılıb.
Teqlər: