Bostonlu çeçenə ölüm hökmü

Bostonlu çeçenə ölüm hökmü
  16 May 2015    Oxunub:1385
Boston marafonunda törədilən partlayışlarla bağlı təqsirli bilinən Cövhər Tsarnayev barəsində məhkəmə son hökmünü verib.
AzVision.az xəbər verir ki, məhkəmə onun barəsində ölüm hökmü çıxarılıb.

Ölüm hökmünün çıxarılması üçün 12 məhkəmə iclasçısının hamısının razılığı tələb olunurdu. Belə ki, əgər onlardan biri etiraz etsəydi, Çeçenistan Respublikasından olan 21 yaşlı Tsarnayev ömürlük həbsə məhkum ediləcəkdi.

Cövhər Tsarnayev işi üzrə məhkəmənin ikini mərhələsi aprelin 21-də başlayıb. O,30 maddə üzrə günahkar bilinib ki, onlardan 17-si ölüm cəzası idi.

Qeyd edək ki, 21 yaşlı Cövhər Tsarnayev qardaşı Tamerlanla 2013-cü il Boston marafonu zamanı 3 nəfərin ölümü, 264 nəfərin yaralanması ilə nəticələnən terror hücumunun iştirakçısı olub.

AzVision.az


Teqlər:





Xəbər lenti