Yunanıstan dilənir

Yunanıstan dilənir
  16 May 2015    Oxunub:2020
Yunanıstan höküməti xarici ölkələrdəki səfirliklərinə, nümayəndəliklərinə müraciət edərək istifadə olunmayan pulların təcili olaraq ölkəyə göndərilməsini tələb edib.
AzVision.az xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyi xarici ölkələrdəki təmsilçiliklərə sənəd yollayaraq dəftərxana, təmizlik vasitələri kimi xərclərdən artıq qalan pulu, həmçinin viza və s. bu kimi proseslərdən əldə olunan gəlirin ölkəyə göndərilməsini tələb edib.

Ödənişlərin bank yoluyla həyata keçirilməsini tələb edən Afina, gec olacağı təqdirdə pulların diplomatik kuryerlə göndərilməsini istəyib.

Ölkə tarixində ilk dəfə baş verən bu addım xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərin və konsulluqların işlərini böyük ölçüdə axsadacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti