Obamanın varidatı açıqlandı – 6,9 milyon

Obamanın varidatı açıqlandı – 6,9 milyon
  16 May 2015    Oxunub:3314
ABŞ prezidenti Barak Obama və onun ailəsinin maliyyə vəziyyətinin 1,9 – 6,9 milyon dollar dəyərində olduğu qiymətləndirilir.
AzVision.az xəbər verir ki, bu barədə məlumat Ağ Evin rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, Ağ Ev 2014-cü ilin yekunlarına dair 9 səhifəlik hesabat yayıb.

ABŞ prezidentinin varidatının böyük bir hissəsi (1-5 milyon dollar) ABŞ Maliyyə Nazirliyinin borc kağızlarına yatırılıb.

Hazırda prezidentin “JPMorgan Chase” bankındakı hesabında 50-100 min dollar, “Northern Trust” bankında isə 15 minə dollara qədər vəsait var.

Qeyd edək ki, Obama cütlüyü 2014-cü ildə 477 min 383 dollar gəlir əldə edib. Bu da 2013-cü ilki göstəricidən 3715 dollar azdır. ABŞ prezidenti il ərzində təxminən 400 min dollar qazanır.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti