“Fransadan çox Azərbaycanla ticarət edirik” – İsrail XİN rəhbəri

“Fransadan çox Azərbaycanla ticarət edirik” – İsrail XİN rəhbəri
  16 May 2015    Oxunub:2229
Bizim Azərbaycanla olan münasibətlərimiz, sözsüz ki, ən əsas nailiyyətlərimizdəndir.
AzVision.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Aviqdor Liberman "İzRus" saytına müsahibəsində bildirib.

“Sirr deyil ki, biz sabiq SSRİ ölkələri ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm vermişik. İnkişaf nə dərəcədə hiss edilir? Azərbaycanla olan münasibətlərimiz, sözsüz ki, bizim ən əsas nailiyyətlərimizdəndir. Azərbaycanla olan ticarət dövriyyəsi bu gün hətta Fransa ilə olan dövriyyəni ötür. Bununla yanaşı, biz Azərbaycandan nefti son 6-7 il ərzində almağa başlamışıq. Qeyd etmək lazımdır ki, burada mənim işim bilavasitə öz təsirini göstərib".

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti