İş adamı ailəsi ilə birlikdə qətlə yetirilib

İş adamı ailəsi ilə birlikdə qətlə yetirilib
  16 May 2015    Oxunub:2829
ABŞ-ın paytaxtı Vaşinqtonda böyük şirkətlərindən birinin prezidenti, arvadı, 10 yaşlı oğlu və qulluqçusu yaşadıqları evdə ölü tapılıb.
AzVision.az xəbər verir ki, üç nəfərin üzərində bıçaq zərbəsi var. 1 nəfər isə başına küt əşya ilə zərbədən öldürülüb. Cinayətkarlar izlərini itirmək üçün evi yandırıblar.

Öldürülən iş adamı "American Iron Works" şirkətinin 46 yaşlı prezidenti Savvas Savopolus olub. Bildirilib ki, ailənin iki qız övladı hadisə zamanı evdə olmadıqları üçün təhlükədən sovuşublar. Polis hazırda qızların təhlükəsizliyinin təmin olunduğunu söyləyib.

Amerikalı iş adamı ABŞ-ın vitse-prezidenti Cozef Baydenin evinin yaxınlığında yaşayırdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti