İlk Avropa Oyunlarına həsr olunmuş mahnı – VİDEO, FOTOLAR

İlk Avropa Oyunlarına həsr olunmuş mahnı – VİDEO, FOTOLAR
  16 May 2015    Oxunub:18662
Bakıda baş tutacaq İlk Avropa Oyunlarına həsr olunmuş mahnı və klipin bu gün `Muğam` Mərkəzində təqdimatı keçirilib.

Müğənnilər Samir Cəfərov və Sevda Ələkbərzadənin ifa etdiyi mahnı ASAN Könüllülər Birliyinin təşəbbüsü ilə ərsəyə gəlib.

Mahnının klipində də həmçinin ASAN-ın və İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin könüllüləri çəkiliblər.

Mahnının sözləri Yazçılar Birliyinin üzvü Cəlal Qurbanova, musiqisi Muxtar Abseynova aiddir. Mahnı həmçinin ingilis dilinə də tərcümə olunub. Tərcümə Nigar Həsənzadəyə məxsusdur.

Bundan başqa, ASAN Könüllələrinin təşəbbüsü ilə İlk Avropa Oyunları ilə bağlı flayerlər də hazırlanıb. Flayerlərdə mahnının hər iki dildə sözləri əks olunub.





AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti