AKP-nin qərargahına bomba atıldı

AKP-nin qərargahına bomba atıldı
  16 May 2015    Oxunub:1918
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Diyarbakır şəhərindəki seçki qərargahına bomba atılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəxsiyyəti məlum olmayan bir neçə nəfər qərargahın 20 metrliyinə yaxınlaşaraq ora səs bombası atıb.

Partlayış ətrafdakı yaşayış binaları və iş yerlərindəki şüşələri sındırıb.

Hadisə yerinə gələn polislər yolda nəqliyyatın hərəkətini dayandırıb və araşdırma aparır.
Rəsmilərin məlumatına görə partlayışı törədənlərin kim olduğu hələ məlum deyil, araşdırma aparılır.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti