Aİ qəti mövqe ortaya qoymalıdır - XİN

Aİ qəti mövqe ortaya qoymalıdır - XİN
  16 May 2015    Oxunub:1686
Azərbaycan xarici islər nazirinin müavini Xələf Xələfov litvalı həmkarı Andrius Krivasla görüşüb.
Görüş mayın 15-də Azərbaycanla Litva Xarici İslər Nazirlikləri arasinda keçirilən siyasi məsləhətləsmələr çərçivəsində baş tutub. Bu barədə AzVision.az-a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

X.Xələfov Azərbaycanla Litva arasinda ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirərək, siyasi məsləhətləşmələrin keçirilməsinin ikitərəfli siyasi dialoqun güclənməsinə təkan verdiyini qeyd edib. Nazir müavini əlaqələrin daha da dərinləşməsi və yeni əməkdaslıq imkanlarından istifadə olunması baxımından qarşılıqlı yüksək səviyyəli səfərlərin mühüm rol oynadığını vurgulayıb.

Regionda sülh və sabitliyə, inteqrasiya proseslərinə, eləcə də regionun ümumi inkisafina başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsinə toxunan X.Xələfov Litvanın bu məsələdə Azərbaycanın ədalətli mövqeyinə münasibətdə həssaslığının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O, münaqişənin həllinin yalnız işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması ilə mümkün olduğunun labüdlüyünü diqqətə çatdırıb.

Münaqişələrin ərazi bütövlüyü prinsipi əsasında tənzimlənməsinə dair Avropa İttifaqının qəti mövqe ortaya qoymasının zəruriliyini vurğulayıb. X.Xələfov iki ölkə arasinda Hökumətlərarası İqtisadi Komissiyanın mütəmadi əsasda iclaslarının keçirilməsinin mövcud ticarət dövriyyəsinin artmasi və yeni iqtisadi layihə və təşəbbüslərin, eləcə də əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi baxımından önəmli platforma oldugunu qeyd edib.

İkitərəfli münasibətlərin ruhuna uygun olaraq çoxtərəfli formatda da iki ölkə arasında qarşılıqlı anlaşma və dialoqun yüksək səviyyədə olduğunu bildirən X.Xələfov Azərbaycan və Litvanın mövqelərinin yaxın və bir çox hallarda üst-üstə düşdüyünü bildirib.
Andrius Krivas Litvanın Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini, xüsusilə diplomatik münasibətlərin bərpasından keçən 20 il ərzində ugurlu əməkdaşlıq münasibətləri qurulduğunu və əlaqələrin daha da dərinləşdiyini qeyd edib.

Hökumətlərarası İqtisadi Komissiyanın iclasları zamanı artıq razılasdırılmış layihələrin icrasina başlanmasının ikitərəfli əlaqələrə daha da təkan verəcəyini əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti