Prezident konqressmenlərlə bir süfrə arxasında – VİDEO

Prezident konqressmenlərlə bir süfrə arxasında – VİDEO
  29 May 2013    Oxunub:1080
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından bir qrup ABŞ konqresmeninin şərəfinə işçi lanç verilib.
Qonaqları bir daha salamlayan dövlətimizin başçısı ölkələrimiz arasında dostluq münasibətlərinin uğurla davam edəcəyinə əminliyini ifadə edib. Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin böyük tarixi ənənələrə malik olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında daha sıx əməkdaşlığın qurulmasına qarşılıqlı marağın olduğunu deyib.

Azərbaycan-ABŞ tərəfdaşlığının artıq sınaq dövründən çıxdığını deyən dövlətimizin başçısı ölkələrimizin həqiqi və etibarlı dostlar olduğunu vurğulayıb. Prezident müxtəlif sahələrdə, o cümlədən qanunverici və icraedici orqanlar arasında əlaqələrin ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi işinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.

ABŞ senatoru Riçard Luqar yüksək qonaqpərvərliyə və “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumunda əhatəli çıxışına görə dövlətimizin başçısına minnətdarlığını bildirib. “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumunun əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından yeni bir təcrübə olduğunu vurğulayan qonaq ABŞ-Azərbaycan dostluğunun daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.




Teqlər:





Xəbər lenti