51 yaşında 21-ci dəfə ana oldu

51 yaşında 21-ci dəfə ana oldu
  17 May 2015    Oxunub:1699
Braziliyalı qadın 51 yaşında 21-ci dəfə ana olub.
Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verib.

Həkimlər buna qədər qadının həyatı üçün böyük riskin olduğunu bildiriblər. Lakin hazırda həm ana, həm də uşaq özlərini yaxşı hiss edirlər. Doğulan oğlan uşağının çəkisi 3 kiloqramdan bir qədər artıqdır.

Qeyd edək ki, braziliyalı qadın ilk dəfə 13 yaşında ana olub.


Teqlər:





Xəbər lenti