Afşində Qarabağ parkı salınacaq

Afşində Qarabağ parkı salınacaq
  17 May 2015    Oxunub:1935
Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Afşin bələdiyyəsinin başqanı Mehmet Fatih Güvenlə görüşüb.

Millət vəkili gorüşdə Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Afşinin də Azərbaycan bölgələrindən biri ilə qardaş olmasını istədiyini dilə gətirib.

Qənirə Paşayeva bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Afşinin mərkəzi parklarından birinə Qarabağ adının veriləcəyinə, Xocalı Soyqırımı abidəsinin qoyulacağına inandığını deyib.

Azərbaycanı sevdiyini deyən Afşin bələdiyyə başqanı Mehmet Fatih Güven Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, Afşin bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm verəcəyini söyləyib. O, Qənirə Paşayevanın Afşində Qarabağ adını daşıyan parkın olması təklifini müsbət qiymətləndirdiyini deyərək, yaxın zamanlarda bu təklifin reallaşacağını bildirib.

Millət vəkili Afşin bələdiyyə başqanı Mehmet Fatih Güven və xanımını Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək, onları ölkəmizə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən Afşin bələdiyyə başqanı Mehmet Fatih Güven Azərbaycana məmuniyyətlə səfər etmək və əməkdaşlığı daha da genişləndirmək istədiklərini deyib.



Teqlər:





Xəbər lenti