`Eurovision` həyəcanı başlayır - VİDEO
Azərbaycan nümayəndəsi Elnur Hüseynov “Anadolu” Agentliyinin müxbirinə Vyanada çox gözəl bir mühit olduğunu ifadə edərək, birinci olacağına inandığını söyləyib.
Avstriya “Eurovision” mahnı müsabiqəsinə 1967-ci ildən sonra ikinci dəfə ev sahibliyi edir.
Danimarkanın paytaxtı Kopenhagendə mayın 16-da keçirilən “Eurovision-2014” mahnı müsabiqəsini Avstriyadan Konçita Vurst “Rise Like a Phoenix” mahnısı ilə qazanmışdı.
“Eurovision-2015” mahnı müsabiqəsinin ilk yarım finalı mayın 19-da, ikinci yarım final mayın 21-də, final isə mayın 23-də olacaq.
Müsabiqədə 40 ölkə iştirak edir: Azərbaycan, Danimarka, Hollandiya, Litva, İrlandiya, İsrail, Gürcüstan, Ermənistan, Estoniya, İtaliya, Polşa, İngiltərə, Almaniya, Finlandiya, Avstraliya, İsveçrə, Avstriya, Sloveniya, İspaniya, İsveç, Çex Respublikası, Fransa, Macarıstan, Belarus, Malta, Makedoniya, Rusiya, İslandiya, Yunanıstan, Belçika, Albaniya, Portuqaliya, Çernoqoriya, Norveç, Serbiya, Kipr, San Marino, Latviya, Moldova və Rumıniya.
Avstriyanın paytaxtı Vyanada “Eurovision-2015” mahnı müsabiqəsinin açılış mərasimi keçirilib.
Avstraliyanın ilk dəfə qatıldığı müsabiqədə Çex Respublikası 5 il, Kipr və Serbiya isə 1 il aradan sonra yenidən iştirak edir.
Ukrayna isə maliyyə və siyasi səbəblərdən müsabiqəyə qatılmayacağını açıqlamışdı.
Budəfəki müsabiqədə yer almayan Türkiyə 2013-cü və 2014-cü illərdəki yarışmalarda da iştirak etməyib. (Azərtac)