İŞİD daha bir şəhəri ələ keçirdi

İŞİD daha bir şəhəri ələ keçirdi
  18 May 2015    Oxunub:1674
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları İraqın mərkəzində yerləşən Ər-Ramadi (Ənbar vilayəti) şəhərini nəzarətə götürüb.
AzVision.az “BBC”yə istinadən xəbər verir ki, məlumatı İraq rəsmiləri də təsdiqləyib.

Artıq Pentaqon da məsələ ilə bağlı öz reaksiyasını açıqlayıb. Pentaqon rəsmisi Eliza Smitin sözlərinə görə, əgər şəhərin İŞİD tərəfindən işğalı rəsmən təsdiqlənsə, onda ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İraq ordusuna şəhəri geri qaytarmaqda yardım edəcək.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti