Türkiyədən Avropa Oyunlarına qarayaxanlara etiraz

Türkiyədən Avropa Oyunlarına qarayaxanlara etiraz
  18 May 2015    Oxunub:2079
“Biz hər zaman ikili standarta qarşı olmuşuq. Daha öncəki vəzifələrimdə də, Avropa Şurasındakı vəzifəmdə də, buna qarşı olmuşam. Azərbaycana hücum etmək üçün fürsət güdən qüvvələr hazırda I Avropa Oyunlarını bəhanə edirlər”.
“Report”un Alaniyada olan əməkdaşı xəbər verir ki, bu barədə azərbaycanlı jurnalistlərin suallarını cavablandıran Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu bildirib.

“Heç də zəhmət çəkməsinlər. Çünki Azərbaycan I Avropa Oyunlarını uğurla reallaşdıracaq. Biz də bu məsələdə Azərbaycana dəstəkçi olacağıq. I Avropa Oyunları kimi yarışları bəhanə edərək Azərbaycana hücum etməsinlər, ikili standartdan uzaq dursunlar. Sözdən anlayana bu yetər...”




Teqlər:





Xəbər lenti