Qaribaşvili `Bakı-2015`in açılışına gəlir

Qaribaşvili `Bakı-2015`in açılışına gəlir
  18 May 2015    Oxunub:1906
Gürcüstan baş naziri İrakli Qaribaşvili Bakıda keçiriləcək ilk Avropa Oyunlarının açılış mərasiminə qatılacaq.
AzVision.az Gürcü KİV-nə istinadən xəbər verir ki, baş nazir Qaribaşvili 12-13 iyun tarixlərində Azərbaycanda səfərdə olacaq.

SOCAR-ın Batumidəki yeni nümayəndəliyinin açılış mərasimində çıxış edən Qaribaşvili Azərbaycanın Gürcüstanın strateji tərəfdaşı olduğunu bildirib: “Bu Acarya regionu üçün çox əhəmiyyətli investisiyadır. SOCAR prezidenti Rövnəq Abdullayevə öz təşəkkürü bildirirəm.


Qeyd edək ki, SOCAR-ın ikimərtəbəlinümayəndəliyinin tikintisinə 2012-ci ilin sonlarından başlanılıb. Layihənin baş memarı Rauf Xıdırovdur.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti