Şiələr İŞİD-lə müharibəyə başladı

Şiələr İŞİD-lə müharibəyə başladı
  19 May 2015    Oxunub:2422
İraqın Ənbar əyalətinin mərkəzi - Ramadi şəhərini İŞİD qruplaşmasından geri almaq üçün bölgəyə 3 min şiə könüllüsü gəlib. Bu barədə Sky News Arabia telekanalı məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İraqın Müdafiə Nazirliyi orduya və könüllülərə dəstək üçün bölgəyə 200 tank və piyadaların döyüş maşını göndərib. Hərbi texnika artıq şəhərin yaxınlığındakı Əl-Xabaniya yaşayış məntəqəsinə yerləşdirilib.

Xatırladaq ki, İŞİD qruplaşması mayın 15-nə keçən gecə Ramadi şəhərinə miqyaslı hücumlara başlayıb və onun əksər hissəsini ələ keçirib. Mayın 17-də şəhər üzərində nəzarətə tam yiyələnən yaraqlılar İraq ordusunun Ənbar komandanlığının operativ mənzil-qərargahını tutub və çox sayda hərbi texnikanı qənimət götürüblər.


Teqlər:





Xəbər lenti