Dünyanın ən güclü orduları - SİYAHI

Dünyanın ən güclü orduları - SİYAHI
  19 May 2015    Oxunub:4093
ABŞ-ın nüfuzlu “We Are The Mighty” araşdırma mərkəzi dünyanın ən güclü ordularının adlarını açıqlayıb.
AzVision.az oxu.az-a istinadən xəbər verir ki, mərkəzin hazırladığı siyahıda dünyanın ən güclü 10 ordusu yer alıb.

Siyahı hazırlanarkən müdafiə büdcələri, şəxsi heyət sayı, iş gücü və vasitə sayı kimi meyarlar nəzərə alınıb.

Dünaynın ən güclü ordularının adlarını sizə təqdim edirik:

1. ABŞ. Amerika Birləşmiş Ştatlarının ordusu 1775-ci ildən, inqilabi müharibədə qitə ordusu yaradılan dövrdən mövcuddur. Ştatlar bütün dünya müharibələrində, Koreya müharibəsində, körfəz müharibəsində iştirak edib. İndi isə dünya terrorizminə qarşı müharibədə iştirak edir. Birləşmiş Ştatların aktiv hərbi qüvvəsi 500 000 nəfər, milyondan artıq ehtiyat və milli qvardiya əsgərindən ibarətdir. Amerikanın hərbi bazaları praktiki olaraq bütün dünyada yerləşir, orduda xidmət isə könüllüdür.

2. Rusiya. Rusiya 863-cü ildən başlayaraq öz hərbi tarixində çox dəyişikliklərə məruz qalıb. Hal-hazırda ordu Rusiya Federasiyası Silahlı Qüvvələri adlanır və 1992-ci ilin fevral ayının 7-də yaradılıb. Əvvəlki Rusiya hərbi təşkilatları Qırmızı Ordu da daxil olmaqla bir çox regional münaqişələrə, dünya müharibələrinə və soyuq müharibəyə cəlb edilib. Sovet İttifaqının süqutundan öncə ordu dünyanın ən güclü ordusu idi, bu ordu Amerika ordusunu bütün göstəriciləri ilə arxada qoyurdu. Bu göstəricilərin sırasına əsgərlərin sayı və nüvə silahı da aid idi. Hərbi xidmətə çağırış 18 yaşından, ordunun sayı isə 1 milyon nəfər idi.

3. Çin. Çinin milli azadlıq ordusu dünyanın ən çoxsaylı ordusudur, 2,2 milyon nəfər, nəzərə almaq lazımdır ki, bu son illərdə ixtisardan sonra olan saydır. Çin ordusu 1927-c ildə yaradılıb, Çin-Yapon münaqişəsində, İkinci Dünya Müharibəsində, Koreya və Vyetnam müharibəsində iştirak edib. Texniki olaraq orduda xidmət 18 yaşından icbaridir, amma Çin kadrlar baxımından heç bir zaman korluq çəkməyib, çünki orduya könüllü yazılan Çin kişilərinin sayı hər zaman lazım olandan artıq olub.

4. Hindistan. Hindistan ordusunun kökləri daş dövrünə qədər uzanır. Bu gün üçün o, ən çoxsaylı volontyoru olması ilə məşhurdur, ordunun sayı 1 milyondan artıqdır. Hind ordusu hər iki dünya müharibəsinə və müstəqilliyi uğrunda bir neçə müharibəyə cəlb edilib. Hindistanın Pakistanla münasibətləri xoşagələn deyil.

5. Böyük Britaniya. Britaniya ordusu 1661-ci ildə yaradılıb və demək olar ki, Napaleon müharibəsində, dünya müharibələri və s. bütün məlum müharibələrdə iştirak edib. Britaniya ordusu Şimali İrlandiyada və Balkanda, 1990-cı illərdə Amerika Birləşmiş Ştatları ilə yanaşı, Ərəb körfəzində böyük təsir göstərdi. Eləcə də Britaniya ordusu 11 sentyabr terror aktından sonra beynəlxalq terrorla mübarizədə mümkün qədər iştirak edir. Xidmətdə olan əsgərlərin sayı 150 000 nəfərdir, bu say isə Britaniya ordusunu Avropa İttifaqında ikinci edir.

Onluğun ikinci yarısında müvafiq olaraq Fransa, Cənubi Koreya, Almaniya, Yaponiya və Türkiyə qərarlaşıb.




Teqlər:





Xəbər lenti