İlham Əliyev: “Siyasi islahatlar hər zaman gündəmdədir”

İlham Əliyev: “Siyasi islahatlar hər zaman gündəmdədir”
  30 May 2013    Oxunub:1222
“Hərdən müəyyən mütəxəssislər Azərbaycanın inkişafını enerji ilə əlaqələndirirlər. Əlbəttə, sirr deyildir ki, enerji Azərbaycanın transformasiyasında böyük rol oynayıb. Amma təhlil etsək görərik ki, bu, tam olaraq belə deyil”. Bu sözləri Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin yaradılmasının 21-ci ildönümü ilə bağlı “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumunda prezident İlham Əliyev deyib.
- Biz öz neft gəlirlərimizi müdrik şəkildə istifadə etməyi bacarmışıq. Biz müxtəlif sahələrə bu gəlirləri yönəltmişik. İnfrastruktur layihələri həyata keçirmişik. Mən deyərdim, radikal iqtisadi islahatlar həyata keçirmişik. Bu, bizim strategiyamızın tərkib hissəsidir. Çünki siyasi və sosial islahatlar iqtisadi islahatlarla bərabər aparılmalıdır. Çünki hər hansı bir sahə bir balaca geridə qalsa, biz uzunmüddətli inkişafı və uğuru təmin edə bilmərik,- deyə Prezident vurğulaıb.

İlham Əliyev qeyd edib ki, “Bizim siyasi islahatlara da ehtiyacımız var. Biz bunu edirik. Biz demokratik təsisatlarımızı inkişaf etdiririk. Azərbaycanda bütün azadlıqlar təmin edilir. Biz fərəhlənirik ki, Azərbaycan tam sərbəst media və internet məkanıdır. Hər ölkədə azad internet mövcud deyil. Azərbaycanda internet istifadəçiləri 70 faizə çatır və bu rəqəm artmaqdadır. Bu səbəbdən siyasi reformalar, demokratik proses hər zaman bizim gündəliyimizdədir. Bu islahatlar iqtisadiyyatla tamamlanmalıdır. Uğurlu iqtisadi və sosial islahatlarla tamamlanmalıdır”.

Prezidentin sözlərinə görə, bizim müsəlman, islam aləmində böyük nüfuzumuz var: “Çoxsaylı tərəfdaşlarımız vardır. Biz, eyni zamanda, Avropa Şurasının da üzvüyük. Biz bir növ təbii siyasi, iqtisadi və mədəni bir körpü rolunu oynayan ölkəyik”.



Teqlər:  





Xəbər lenti