Uşaqlar hansı ölkədə daha xoşbəxtdir?

Uşaqlar hansı ölkədə daha xoşbəxtdir?
  19 May 2015    Oxunub:1848
BMT-nin Uşaq Fondu (UNİCEF) dünyada hansı ölkədə uşaqların daha çox xoşbəxt olması ilə bağlı sorğu aparıb. Avropa, Afrika, Asiya, Cənubi Amerika və Yaxın Şərqin 15 ölkəsində aparılan sorğuda 10-12 yaşlı 53 min uşaq iştirak edib. Uşaqlardan əsasən onların ailələrindəki vəziyyət, valideynlərlə münasibət, təhsil, uşaqların sosial şəraiti, dövlət və ictimaiyyət tərəfindən göstərilən diqqət və qayğı, idmana münasibət və digər məsələlərlə bağlı fikirləri soruşulub.

Sorğunun nəticələrinə əsasən, ən xoşbəxt uşaqlar Türkiyədə, Kolumbiyada və Rumınyada yaşayırlar. Bu ölkələrdə sorğu iştirakçılarının 95 faizi xoşbəxt olduqlarını bildiriblər. Savadlı uşaqların sayına və idmana böyük marağa görə sonrakı - dördüncü və beşinci yerləri Estoniya və Polşa tutub.

Koreya Respublikası və Afrika qitəsinin cənubundakı ölkələrdə uşaqların əksəriyyəti özlərini xoşbəxt hesab etmirlər. Koreya Respublikasında sorğu iştirakçılarının yalnız 30 faizi xoşbəxt olduqlarını bildirib.

Maraqlıdır ki, dünyanın inkişaf etmiş ölkəsi hesab olunan Fransada uşaqlar özlərini o qədər də xoşbəxt hiss etmədiklərini vurğulayıblar.

Yaxın Şərqin bəzi ölkələrində yaşayan uşaqlar isə müharibə və münaqişələrə görə həyatlarından razı olmadıqlarını diqqətə çatdırıblar. (Azərtac)


Teqlər:





Xəbər lenti