ABŞ polisi tərksilah edilir
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı ABŞ prezidenti Barak Obama əmr verib. Belə ki, polisin əl qumbarası, süngü, zirehli avtomobillər, çapı 50 kalibrdən böyük olan silahların istifadəsi qadağa olunub.
Hökumət polis idarələrini bu cür silahlarla təmin etməyəcək. Əmrin verilməsinə səbəb ölkədə etnik azlıqlarla polis arasındakı gərginliyi aradan qaldırmaq məqsədi danışıyır.
Qeyd edək ki, Ştatların Baltimor və Ferqüson şəhərlərində polisin qaradərili vətəndaşları öldürməsi ilə əlaqədar ölkədə irqi ayrıseçkilik zəmində qarşıdurmalar son dövrlərdə daha da artıb.
AzVision.az