NATO Rusiyanı hədələdi

NATO Rusiyanı hədələdi
  19 May 2015    Oxunub:1598
Minsk razılaşması yerinə yetirilməsə Rusiyanı yeni sanksiyalar gözləyir.
AzVision.az xəbər verir ki, bunu NATO baş katibinin müavini Aleksandr Verbşou bildirib.
Onun sözlərinə görə, Ukraynanın şərqi ölkənin qalan hissəsinə şərt qoya bilməz: “Ümidvaram münaqişə qısa zaman kəsiyində öz həllini tapacaq və Rusiya Minsk razılaşmalarına dəstək verərək bu işə yardım edəcək”.

Qeyd edək ki, ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Moskvaya rəsmi səfəri başlayıb. Onun Rusiyada keçirəcəyi görüşlərdə Minsk razılaşmalarını müzakirə edəcəyi gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti