Qəzaya düşən səfir öldü

Qəzaya düşən səfir öldü
  19 May 2015    Oxunub:2455
Pakistanda "Mi-17" helikopterinin qəzaya uğraması nəticəsində ölən səfirlərin sayı üçə çatıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisədən sonra Sinqapur xəstəxanasına yerləşdirilən İndoneziya səfiri Burhan Məhəmməd vəfat edib.

Daha əvvəl yayılan məlumatlarda insident zamanı səfirin bədəninin 75%-in yandığı bildirilirdi.

Xatırladaq ki, mayın 8-i Pakistanda baş verən helikopter qəzası nəticəsində Norveç və Filippinin bu ölkədəki səfirləri, Malayziya və İndoneziya səfirlərinin xanımları həlak olub.

Ümumilikdə qəza nəticəsində pilotlar da daxil olmaqla 7 nəfər ölüb, Polşa və Niderlandın Pakistandakı səfirləri yaralanıblar. Hadisə vaxtı helikopterin göyərtəsində ümumilikdə 11 nəfər olub.
Yaralananların vəziyyətinin ağır olduğu bildirilir.

“Taliban” yaraqlıları Pakistanda qəzaya uğrayan "Mi-17" helikopterinə görə, məsuliyyəti öz üzərinə götürüb.

Terrorçular helikopterin göyərtəsində Pakistanın baş naziri Navaz Şərifin ola biləcəyini ehtimal edərək onu vurublar.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti