“Azərbaycan iqtisadi şoka hazırdır” – Mərkəzi Bank sədri

“Azərbaycan iqtisadi şoka hazırdır” – Mərkəzi Bank sədri
  19 May 2015    Oxunub:7078
“Postsovet məkanında yalnız Qazaxıstan və Azərbaycan dünya iqtisadi şokuna hazırdır”.
AzVision.az “Tengrinews.kz”-a istinadən xəbər verir ki, bu barədə ötən günü çıxışı zamanı Qazaxıstan Mərkəzi bankının sədri Kayrat Kelimbetov bildirib.

Onun sözlərinə görə, iqtisadi şoklar neft qiymətlərinin aşağı düşməsi ilə əlaqədar ola bilər.

Qazaxıstan Mərkəzi Bankının sədri vurğulayıb ki, hazırda ölkədə aparılan islahatlar xarici çağırışlara qarşı durmağa imkan verir: “Rusiyanı çıxmaq şərti ilə postsovet məkanında yalnız iki ölkəni – Qazaxıstan və Azərbaycanı vurğulamaq olar. Bu ölkələr əvvəlki illərdə apardığı siyasət sayəsində hazırda bu cür iqtisadi şoklara hazırdır. Çünki ölkələrimiz neft fondu və hökumətin rezerv fondlarının yaradıb. Bu bir növ “təhlükəsizlik yastıqları”dır”.

O, qeyd edib ki, bu günə Milli Bankın və Milli fondun qızıl ehtiyatları 100 mlrd. ABŞ dolları təşkil edir: “Bizim hesablarımıza görə, neftin bir barelinin qiyməti 55 ABŞ dollarından yüksək olduğu təqdirdə, Milli Fondun ehtiyatlarından istifadə etməyəcəyik. Bu qiymətin mövcudluğu şəraitində kapital axını pozitiv olaraq qalacaq”.

Kelimbetovun sözlərinə görə, iqtisadi şoklar Qazaxıstana ciddi zərbə vurmayacaq. O, əlavə edib ki, ölkədə ilin sonuna qədər inflyasiya templəri 17 faizdən 11 faizə düşəcək. Bundan əlavə ekspertlərin fikrincə, 2015-ci ilin üçüncü və dördüncü rübündə Rusiya iqtisadiyyatının bərpası prosesi başlayacaq ki, bu da bütün postsovet məkanı üçün pozitiv faktordur.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti