Deputatdan qadın tərəfdarlarına intim təklif
Toymi Kankaanniemi partiyanın fəaliyyətində yaxından iştirak edən xanımlara seksual məzmunlu məlumat və mesajlar yollayıb, həmçinin onlara cinsi əlaqəyə girməyi təklif edib.
Xəbərdə o da qeyd olunur ki, fin deputat öz səhvini sonradan başa düşüb. Toymi Kankaanniemi deyib ki, “facebook çox pis dostdur”.
Toymi Kankaanniemi bu məsələ ətrafında yaranmış qalmaqala görə yeni hökumətin formalaşdırlmasına dair hazırda davam edən məsləhətləşmələrdən də kənarlaşdırılıb. Bundan başqa, bir çox deputat həmkarları onu açıq şəkildə tənqid edib.
Yada salaq ki, bundan əvvəl ABŞ Məxfi Xidmətinin yüksək rütbəli əməkdaşı qadınlara əxlaqsız təklif etdiyi üçün işdən qovulmuşdu.