Lənkəran hərbi prokurorluğundan AzVision.az-a verilən məlumata görə, 09.05.1989-cu il təvəllüdlü, 2011-ci ilin iyun ayından hərbi hissədə xidmət edən, Müdafiə Nazirliyinin
Lənkəran bölgəsinin N saylı hərbi hissəsinin komandiri, leytenant Sərxanov Elçin Ədilxan oğlu 29 may 2013-cü il tarixdə saat 12.00 radələrində hərbi hissədən hərbi şəhərciyə aparan yolda olan ağacın budağından kəndirlə özünü asmaq istəyərkən, xidmət yoldaşlarının müdaxiləsi nəticəsində əməlini başa çatdıra bilməyib.
Hərbi hissədən alınan məlumata əsasən E.Sərxanovun intihar etməyə cəhdi ailə problemləri ilə əlaqədardır.
Hadisə yerinə Lənkaran hərbi prokuroru, ədliyyə polkovniki İmran Əhmədov, prokurorun müavini, ədliyyə polkovnik-leytenantı Ceyhun Cəfərov, müstəntiq, ədliyyə baş leytenantı Kəmil Zeynalov çıxıblar.
Faktla bağlı
Lənkəran hərbi prokurorluğunda araşdırma aparılır.
Teqlər: