Yaqland Azərbaycana başsağlığı verdi

 Yaqland Azərbaycana başsağlığı verdi
  19 May 2015    Oxunub:3386
Avropa Şurasının baş katibi Torbyorn Yaqland Bakıdakı yanğınla bağlı Azərbaycan xalqına başsağlığı verib.
T.Yaqland “Twitter”dəki səhifəsində yazıb: “İndicə Bakıdakı yanğın barədə eşitdim. Dəhşətli faciədir. Bütün zərər çəkmişlərə başsağlığı verirəm”.

Qeyd edək ki, bu gün Bakıda yaşayış binasında baş vermiş yanğın zamanı ölənlərin sayı 16 nəfərə çatıb, xəsarət alanlar isə 61 nəfərdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti