Sarkisyanın iqamətgahı qarşısında etiraz aksiyası - VİDEO

Sarkisyanın iqamətgahı qarşısında etiraz aksiyası - VİDEO
  19 May 2015    Oxunub:3160
Ermənistanda “Nairit” zavodunun işçiləri ölkə prezident Serj Sarkisyanın iqamətgahının qarşısında etiraz aksiyası keçiriblər.
Aksiya iştirakçıları əmək haqlarının ödənilməsini və zavodun yenidən fəaliyyətə başlamasını tələb ediblər.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Aksiya iştirakçıları əmək haqlarının ödənilməsini və zavodun yenidən fəaliyyətə başlamasını tələb ediblər.

Xatırladaq ki, zavodun rəhbərliyi bir ildən çoxdur, işçilərin maaşını ödəmir. İşçilər bundan əvvəl üç dəfə Prezident Administrasiyasının qarşısında etiraz aksiyaları keçirsələr də, tələblərinə nail ola bilməyiblər.



Zavodun səhimlərinin 90 faizi Britaniyanın Rhinoville Property Limited şirkətinə, qalan 10 faizi isə Ermənistan hökumətinə məxsusdur.

Zavodda 1 ildən artıqdır işçilərin maaşları verilmir.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti