AŞ-ın Nazirlər Komitəsinin sədri dəyişdi

AŞ-ın Nazirlər Komitəsinin sədri dəyişdi
  20 May 2015    Oxunub:1600
Mayın 19-da Belçikanın paytaxtı Brüsseldə Avropa Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə qurumun Nazirlər Komitəsinin 125-ci sessiyası keçirilib.

Sessiyada Nazirlər Komitəsinə sədrlik etmiş Belçikanın xarici işlər naziri Didye Reynders rəhbərlik etdiyi dövrdə görülən işlərdən bəhs edib və onu əvəzləyəcək Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Crnadaka fəaliyyətində uğurlar arzulayıb.

Altı ay ərzində Nazirlər Komitəsinə sədrlik edəcək İqor Crnadak ölkəsinin bu müddətdəki fəaliyyətinin prioritetlərindən bəhs edib.

Xatırladaq ki, Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik rotasiya qaydasında aparılır.


Teqlər:





Xəbər lenti