“Eurovision-2015”in ilk finalçıları

“Eurovision-2015”in ilk finalçıları
  20 May 2015    Oxunub:4555
Avstriyanın paytaxtı Vyanada “Eurovision-2015”in ilk yarımfinal mərhələsi keçirilib.
AzVision.az-ın məlumatına görə, ilk yarımfinalı Konçita Vürst təxəllüsü ilə məşhur olan Tomas Noyvirt açıb.

Yarımfinal mərhələsində 15 ölkənin təmsilçisi çıxış edib. Səsvermədən sonra isə Ermənistan, Belçika, Yunanıstan, Estoniya, Serbiya, Macarıstan, Rusiya, Albaniya, Ruminiya və Gürcüstan final mərhələsinə keçib.

İkinci yarımfinalda isə ölkələr bu ardıcıllıqla çıxış edəcək: Litva, İrlandiya, San Marino, Monteneqro, Malta, Norveç, Portuqaliya, Çex Respublikası, İsrail, Latviya, Azərbaycan, İslandiya, İsveç, İsveçrə, Kipr, Sloveniya və Polşa.

Müsabiqəyə ev sahibliyi edəcək Avstriya təşkilatçıların qərarına əsasən, finalda 14-cü çıxış edəcək. Ölkələrin finaldakı iştirak ardıcıllığı isə yarımfinalların nəticəsi məlum olandan sonra müəyyənləşəcək.

Qeyd edək ki, Vyanada keçiriləcək “Eurovision-2015”-də Azərbaycanı Elnur Hüseynov “Hour of the Wolf” mahnısı ilə təmsil edəcək.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti