İŞİD müsəlman jurnalisti edam etdi

İŞİD müsəlman jurnalisti edam etdi
  20 May 2015    Oxunub:2524
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları onlara sədaqət andı içməkdən imtina edən jurnalisti edam edib.
Bu barədə AzVision.az “Press TV”yə istinadən xəbər verir.

Məlumata əsasən, terrorçular Mosul şəhərində İraq telejurnalistikasının veteranı Firas əl – Bahri öldürülüb.

“İslamçılar jurnalistdən terrorçulara sədaqət andı içməyi tələb edib, lakin o imtina edib və yaraqlılar onu öldürüblər”, - deyə Kürdüstan jurnalistlər birliyinin rəhbəri Əkrəm Süleyman bildirib.

Terrorçular əl-Bahrini üç həftəyə yaxın müddətdə girovluqda saxlayıb.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti